“Real”ın braziliyalı hücumçusu Vinisius Junior “El Klasiko”ların tarixinə düşüb.
Sportnet.az xəbər verir ki, o, İspaniya La Liqasının XXXII turunda baş tutan “Real” – “Barselona” qarşılaşmasında (3:2) fərqlənməklə “El Klasiko”larda vurduğu qolların sayını yeddiyə çatdırıb.
24 yaşlı oyunçu bu nəticə ilə “El Klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu olub. Ronaldo və Evaristo de Masedo hərəyə 6 dəfə, Ronaldinyo, Rivaldo və Covanni isə hərəyə 5 dəfə fərqləniblər.
Qeyd edək ki, “El Klassiko”ların bombardiri argentinalı dünya çempionu Lionel Messidir (26 qol). Kriştiano Ronaldo (Portuqaliya) və Alfredo Di Stefanonun (İspaniya) hesabında 18 qol var.