Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı bu yay transfer pəncərəsi dövründə "Yurqorden"i tərk edə bilər.
Sportnet.az xəbər verir ki, bu barədə klubun idman direktoru Bosse Andersson bildirib. O, Musa ilə bağlı məsələni yayda müzakirə edəcəklərini söyləyib.
"Mən heç nəyi istisna etmirəm" - deyə o bildirib.
Musa Qurbanlı 2023-cü ilin iyulunda "Yurqorden"lə 3 illik müqavilə imzalayıb. O, bu mövsüm İsveç çempionatında 1 oyunda meydana çıxıb. 22 yaşlı hücumçunun adı son 2 rəsmi matçda isə iştirakçılar ərizəsinə daxil edilməyib.