
Azərbaycan Premyer Liqasında XXXII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün sonuncu matçında çempion "Qarabağ" "Sumqayıt"ın qonağı olub.
Qarşılaşma "gənclik şəhəri" təmsilçisinin qələbəsi ilə bitib. Yeganə qolu 70-ci dəqiqədə Roi Kehat vurub.
Xallarının sayını 50-yə çatdıran "Sumqayıt" ikinci sıradakı "Neftçi"yə çatıb. "Qarabağ"ın 73 xalı var.
XXXII turda "Neftçi" "Turan Tovuz"u (3:0), "Sabah" "Səbail"i, "Kəpəz" "Qəbələ"ni (1:0) məğlub edib. Aprelin 29-da "Zirə" evdə "Araz-Naxçıvan"la üz-üzə gələcək.
______________
Azərbaycan Premyer Liqasında XXXII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün ikinci matçında "Neftçi" "Turan Tovuz"u qəbul edib.
Qarşılaşma "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb - 3:0.
15-ci dəqiqədə Filip Ozobiç hesabı açıb. 31-ci dəqiqədə Yuri Matias, 70-ci dəqiqədə Rəhman Hacıyev penaltini dəqiq yerinə yetirib. 62-ci dəqiqədə qonaqlardan Bruno Qonçalveş birbaşa qırmızı vərəqə aldığı üçün meydandan qovulub.
Qələbə sayəsində xallarının sayını 50-yə çatdıran paytaxt klubu ikinci pilləyə yüksəlib. Tovuz klubu 42 xalla yeddincidir.
Qeyd edək ki, günün ilk matçında "Kəpəz" səfərdə "Qəbələ"yə qalib gəlib - 1:0. Bu gün "Sumqayıt" "Qarabağ"ı qəbul edəcək. Tura aprelin 29-da "Zirə" - "Araz-Naxçıvan" görüşü ilə yekun vurulacaq. Ötən gün "Sabah" "Səbail"i iki cavabsız qolla üstələyib.
________________________
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun daha üç oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk olaraq "Qəbələ" "Kəpəz"i qəbul edəcək.
Gəncə təmsilçisi 31 xalla 9-cu, "qırmızı qaralar" 17 xalla 10-cu pillədə qərarlaşıb. Meydan sahibləri bu matçda qələbə qazana bilməsə, çempionatda sonuncu olacaq və reqlamentə əsasən elitanı tərk edəcək.
Günün ikinci duelində avrokuboklara iddialı "Neftçi" "Turan Tovuz"u sınağa çəkəcək. "Ağ-qaralar" hələlik 47 xalla 5-ci, Tovuz klubu 42 xalla 7-cidir.
Nəhayət, günün sonuncu qarşılaşmasında çempion "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq. "Köhlən atlar"ın 73 xalı var. "Kimyaçılar" 47 xalla 4-cü sıradadır.
Azərbaycan Premyer Liqası
XXXII tur
28 aprel (bazar)
15:30. “Qəbələ” – “Kəpəz” - 0:1
Qol: Martins Junior, 7
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Qəbələ şəhər stadionu
17:45. “Neftçi” – “Turan Tovuz” - 3:0
Qol: Filip Ozobiç, 15. Yuri Matias, 31 (p). Rəhman Hacıyev, 70
Qırmızı vərəqə: Bruno Qonçalves, 62 ("Turan Tovuz")
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Neftçi Arena”
20:00. “Sumqayıt” –“ Qarabağ” - 1:0
Qol: Roi Kehat, 70
Hakimlər: Rauf Cabarov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
M.H. adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, tura aprelin 29-da "Zirə" - "Araz-Naxçıvan" görüşü ilə yekun vurulacaq. Ötən gün "Sabah" "Səbail"i iki cavabsız qolla üstələyib.