UEFA Avropa Liqasında finalçılar müəyyənləşib.
Sportnet.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşündə "Atalanta" İtaliyada Fransanın "Marsel" kollektivini 3 cavabsız qolla məğlub edib.
Komandalar arasındakı ilk matçda (1:1) heç-heçə qeydə alındığından, meydan sahibləri 2 görüşün nəticəsinə əsasən finala çıxıblar.
İtaliyanın digər təmsilçisi "Roma" Almaniyada "Bayer"in qonağı olub. Leverkuzen təmsilçisi birinci görüşdə rəqibini iki cavabsız qolla üstələyib.
İkinci görüşdə meydan sahibləri 0:2 hesabı ilə geri düşsələr də, son dəqiqələrdə tarazlığı bərpa ediblər və bu nəticə ilə adlarını finala yazdırıblar.
Avropa Liqası
Yarımfinal, cavab oyunları
9 may
23:00. "Atalanta" - "Marsel" - 3:0
Qollar: Ademola Lookman, 30, Matteo Ruqqeri, 52, El Bilal Toure, 90+5
İlk oyun: 1:1
"Bayer" - "Roma" 2:2
Qollar: Leandro Paredes, 43 (pen.); 66 (pen.) - Canluka Mançini, 82 (avtoqol). Yosip Stanişiç, 90+7.
Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 22-də İrlandiyanın paytaxtı Dublində olacaq.