
Qazaxıstan millisini Ermənistan və Azərbaycan yığmaları ilə oyunlara yeni baş məşqçi Stanislav Çerçesov çıxarmayacaq.
Sportnet.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, həmin qarşılaşmalarda komandanın sükanı arxasında rusiyalı mütəxəssisin köməkçisi Ruslan Baltiyev olacaq. Qərarın səbəbi açıqlanmayıb.
Qeyd edək ki, iyunun 7-də Ermənistan seçməsinin qonağı olacaq Qazaxıstan yığması bundan 4 gün sonra Macarıstanda Azərbaycan millisi ilə üz-üzə gələcək.