Azərbaycanın U-21 yığmamızın sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi "Obolon" Ukrayna Premyer Liqasında qalmağı bacarıb.
Sportnet.az xəbər verir ki, həmyerlimizin komandası "Levıy Bereq"lə cavab görüşündə 1:1 hesablı heç-heçə edib. Bu isə "Obolon"un yüksək liqada qalmasına kömək olub.
Çünki Nağıyevin komandası ilk matçda rəqibini məğlub etmişdi - 1:0.
Qeyd edək ki, "Obolon" başa çatan mövsümü Premyer Liqada 14-cü pillədə başa vurmuşdu.