
Sportnet.az xəbər verir ki, F qrupunun ikinci matçında Portuqaliya və Çexiya komandaları üz-üzə gəlib. Görüş portuqalların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 62-ci dəqiqədə Lukas Provod açsa da, 7 dəqiqə sonra çexiyalıların heyətində Roben Hranak avtoqol müəllifi olub. Portuqaliya seçməsinə qələbə gətirən qolu isə 90+2-ci dəqiqədə Fransisko Konseysao vurub.
Qrupun ilk görüşündə Türkiyə yığması Gürcüstanı 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.
-------------------------------------
Türkiyə millisi Almaniyada təşkil olunan Avropa çempionatında mübarizəyə başlayıb.
Sportnet.az xəbər verir ki, “ay-ulduzlular” F qrupundakı ilk oyununda Gürcüstan yığması ilə qarşılaşıb. Görüş qardaş ölkə seçməsinin qələbəsi ilə başa çatıb - 3:1.
Qarşılaşmada hesabı 25-ci dəqiqədə Türkiyə millisinin heyətində Mərt Müldür açıb. 32-ci dəqiqədə gürcülər Jorj Mikautadzenin qolu ilə tarazlığı bərpa ediblər. 65-ci dəqiqədə Arda Gülər uzaq məsafədən qüvvətli zərbə ilə yenidən Türkiyə millisini hesabda önə keçirib. Oyunda son nöqtəni isə 90+7-ci dəqiqədə Kərəm Aktürkoğlu qoyub.
Qeyd edək ki, bu qrupun digər matçında Portuqaliya və Çexiya yığmaları üz-üzə gələcəklər.
-------------------------------------
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün daha iki oyun baş tutacaq.
Sportnet.az xbə verir k, F qrupunda Türkiyə - Gürcüstan və Portuqaliya - Çexiya matçları keçiriləcək.
AVRO-2024
18 iyun
I tur
F qrupu
20:00. Türkiyə - Gürcüstan - 3:1
Baş hakim: Fakundo Telyo (Argentina).
Dortmund, "Siqnal İduna Park" stadionu.
23:00. Portuqaliya - Çexiya - 2:1
Baş hakim: Marko Quida (İtaliya).
Leyptsiq, "Red Bull Arena".
Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.