
Almaniyada təşkil olunan Avropa çempionatında daha bir oyun keçirilib.
Sportnet.az xəbər verir ki, B qrupunda turnirin favoritlərindən hesab olunan İspaniya və İtaliya yığmaları üz-üzə gəliblər. Matçın taleyini 1 qol həll edib. İtaliya millisinin heyətində Rikkardo Kalafiorinin 55-ci dəqiqədə öz qapısına vurduğu top ispanlara qələbə qazandırıb.
Bu nəticə ilə xallarını 6-ya çatdıran İspaniya millisi 1/8 finala vəsiqə qazanıb. 3 xalı olan İtaliya seçməsi isə ikincidir.
Qeyd edək ki, bu qrupun əvvəlki oyununda Xorvatiya və Albaniya yığmaları məhsuldar heç-heçə ediblər - 2:2. Hərəyə 1 xalı olan komandalar 3-4-cü yerləri bölüşdürür.
---------------------------------------
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunda növbəti oyun keçirilib.
Sportnet.az xəbər verir ki, C qrupunun ikinci oyununda Danimarka və İngiltərə yığmaları üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 18-ci dəqiqədə ingilislərin heyətində Harri Keyn açıb. Danimarkanın heyətində isə 34-cü dəqiqədə Morten Hyulmand fərqlənib.
Qrupun ilk oyunu olan Sloveniya - Serbiya görüşü də bərabərliklə başa çatıb - 1:1.
Günə B qrupunda reallaşacaq İspaniya - İtaliya oyunu ilə yekun vurulacaq. Matç 23:00-da start götürəcək.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.
------------------------------------
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının qrup mərhələsində bu gün II turun növbəti 3 oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, qarşılaşmalar C və B qruplarında baş tutacaq.
Günün ilk görüşü C qrupunda Sloveniya və Serbiya komandaları arasında oynanılacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 17:00-da səslənəcək.
Bu qrupun digər görüşündə Danimarka ilə İngiltərə yığmaları üz-üzə gələcək. Matç saat 20:00-da başlayacaq.
Günə B qrupunun İspaniya - İtaliya oyunu ilə yekun vurulacaq. Qarşılaşma saat 23:00-da start götürəcək.
Qeyd edək ki, Avropa çempionatı iyulun 14-də başa çatacaq.
AVRO-2024
20 iyun
II tur
C qrupu
17:00. Sloveniya - Serbiya - 1:1
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Münhen, "Alyans Arena".
20:00. Danimarka - İngiltərə - 1:1
Baş hakim: Artur Diaş (Portuqaliya).
Frankfurt, "Valdştadion".
B qrupu
23:00. İspaniya - İtaliya - 1:0
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Gelzenkirhen, "Feltins Arena".