İspaniya millisinin futbolçusu Lamin Yamal Almaniyada keçirilən Avropa çempionatında ən çox driblinq edən oyunçudur.
Sportnet.az xarici mətbuata istinadən xəbər verir ki, 16 yaşlı vinger iki matçda 7 dəfə bunu bacarmağa müvəffəq olub.
İkinci yerdə onun komanda yoldaşı Niko Uilyams, belçikalı Ceremi Doku, almaniyalı Camal Musiala və isveçrəli Dan Ndoye qərarlaşıblar. Onların hər biri 6 dəfə uğurlu driblinq ediblər.
Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq. İspaniya yığması ilk matçda Xorvatiyaya (3:0), ötən gün isə İtaliyaya (1:0) qalib gələrək 1/8 finala vəsiqə qazanıb.