
Dünən Macarıstan "Ferentsvaroş"u ilə müqavilə bağlayan Kadi Borges klubun rəsmi saytına açıqlama verib.
Sportnet.az xəbər verir ki, “Qarabağ”ın sabiq futbolçusu müqaviləyə qol çəkməmiş Ovusu Kvabenanın da fikrini soruşub:
"Ferentsvaroş”u seçdim. Çünki bir neçə il əvvəl "Qarabağ"la buraya səfər edərkən bizi qarşılayan mühit çox yaxşı idi. O vaxt həm şəhəri, həm də klubu çox bəyənmişdim. Yaxınlarda "Ferentsvaroş" mən və agentimlə əlaqə saxladı. Fürsəti əldən vermədim və təklifi qəbul etdim. Komanda, azarkeşlər və şəhər haqda çox yaxşı məlumatım var idi. Yenə də Ovusu Kvabenanın fikirlərini öyrəndim. Onunla "Qarabağ"dan tanışım. Əvvəllər birlikdə oynamışıq, ona görə də "Ferentsvaroş" barədə başqasından soruşa bilməzdim. Ovusu hər şeyin əla olduğunu, mütləq bura gəlməyimi istədi. Əla seçim olduğunu dedi".
Xatırladaq ki, “Qarabağ”ın sabiq futbolçusu Ovusu Kvebana 2023-cü ildən “Ferentsvaroş”un formasını geyir.