Almaniyada təşkil olunan Avropa çempionatında ikinci finalçının adına aydınlıq gəlib.
Sportnet.az xəbər verir ki, yarımfinal mərhələsinin son matçında Niderland və İngiltərə komandaları münasibətləri aydınlaşdırıblar.
Rəqibinə 2:1 hesabı ilə qalib gələn ingilislər finalda İspaniyaya rəqib olublar.
Qeyd edək ki, turnirin həlledici oyunu iyulun 14-də keçiriləcək.
AVRO-2024
Yarımfinal
10 iyul
23:00. Niderland - İngiltərə - 1:2
Qollar: Xavi Simons, 7 - Harri Keyn, 18 (penalti). Olli Uotkins, 90+1
Baş hakim: Feliks Şvayer (Almaniya).
Dortmund, "Siqnal İduna Park".
Qeyd edək ki, yarımfinalın ilk görüşündə İspaniya millisi Fransanl 2:1 hesabı ilə məğlub edib.