
"Zirə" UEFA Avropa Liqasında mübarizəyə başlayıb.
Sportnet.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda turnirin I təsnifat mərhələsində Moldovada "Şerif"in qonağı olub.
Tiraspol şəhərindəki "Şerif Arena"da oynanılacan qarşılaşma komandamızın minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 87-ci dəqiqədə Davut Volkov vurub.
Qeyd edək ki, cavab oyunu bir həftə sonra Bakıda “Liv Bona Dea Arena" gerçəkləşəcək.