UEFA 2025/2026 mövsümü üzrə Çempionlar Liqasının rəmzi komandasını açıqlayıb.
Sportnet.az xəbər verir ki, heyətdə turnirin qalibi olan Fransa PSJ-sinin 4, finalçı İngiltərə "Arsenal"ının 3 futbolçusu yer alıb.
2025/2026 mövsümünün rəmzi komandası:
Qapıçı:: David Raya ("Arsenal")
Müdafiəçilər: Nunu Mendeş (PSJ, Fransa), Qabriel Maqalyaeş ("Arsenal", İngiltərə), Markinyos (PSJ, Fransa), Markos Lyorente ("Atletiko Madrid", İspaniya)
Yarımmüdafiəçilər: Xviça Kvaratsxeliya (PSJ, Fransa), Vitinya (PSJ, Fransa), Deklan Rays ("Arsenal", Fransa), Maykl Olise ("Bavariya", Almaniya)
Hücumçular: Harri Keyn ("Bavariya", Almaniya), Usman Dembele (PSJ, Fransa)
Qeyd edək ki, Çempionlar Liqasının 2025/2026 mövsümünün qalibi PSJ olub. Paris təmsilçisi finalda Londonun Arsenal klubunu penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib. Oyunun əsas vaxtı isə 1:1 hesabı ilə yekunlaşıb.

































































