
UEFA bu həftə Berlində xüsusi toplantı keçirəcək. Sportnet.az-ın məlumatına görə, bu haqda "İnterfax" məlumat yayıb.
Toplantıda FİFA ilə gələcək münasibətlərlə bağlı müzakirələr aparılacağı gözlənilir.
Qeyd edək ki, UEFA prezidenti Mişel Platini FİFA-ya keçirilmiş prezident seçkilərindən öncə çıxışlarında Yozef Blatteri tənqid edirdi.
Xatırladaq ki, mayın 29-da Yozef Blatter yenidən FİFA prezidenti seçilib.