"Qarabağ"ın hücumçusu Olavio Juninyo Moskva “Lokomotiv”inin transfer gündəmində olub.
Sportnet.az xəbər verir ki, “dəmiryolçular” yay fasiləsində ön xətti braziliyalı ilə gücləndirməyi düşünüb. Lakin moskvalılar son anda bu keçiddən imtina ediblər. Rusiya təmsilçisi Juninyunun transfer qiymətini öyrəndikdən sonra fikirlərini dəyişib.
Forvardın dəyəri 2 milyon avroya bərabər olsa da, “Qarabağ” onun satışından daha çox gəlir əldə etmək niyyətindədir.
Qeyd edək ki, 27 yaşlı forvard ötən mövsüm 20 qolla Azərbaycan Premyer Liqasının bombardiri olub.