Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsində keçirilən oyun zamanı qalmaqal baş verib. Sportnet.az-ın məlumatına görə, hadisə FKİT – "İtaldizain” matçının 43-cü dəqiqəsində olub.
Matçın gedişində meydan sahiblərinin iki futbolçusu - ilk olaraq Zaur Dadaşov, ardınca Yusif Əliyev hakimlər briqadasını təhqir edib. Bundan sonra komanda meydançanı tərk edib. Nəticədə Dadaşov 5, Əliyev isə 4 oyunluq cəzalanıb və komanda meydanı tərk etdiyi üçün 0:5 hesablı texniki məğlubiyyət verilib.
Hakimlərin təhqir olunması halı daha iki futzal matçında baş verib. "İtaldizain" - "Timsport" matçının 14-cü dəqiqəsində ikincilərin futbolçusu Riyad Abidov, "Sovetski" - "Obolon" matçının 16-cı dəqiqəsində isə meydan sahiblərinin oyunçusu Nicat Əliyev hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalanıb.