Azərbaycanın "Araz” futzal komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu keçirib.
Sportnet.az xəbər verir ki, VIII qrupda yer alan Joze Alesio da Silvanın rəhbərlik etdiyi kollektiv Slovakiyanın Luçenec şəhərindəki "Sportova Hala Arena”da Litva çempionu "Vytis” ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan təmsilçisinin minimal hesablı məğlubiyyəti ilə başa çatıb - 0:1.
"Araz” (Azərbaycan) - "Vytis” (Litva) - 0:1
Hakimlər: İvan Şabanov (Rusiya), Sven Eiçler (Almaniya) və David Şaerli (İsveçrə)
Qeyd edək ki, "Araz” oktyabrın 4-də "Valletta” (Malta), 2 gün sonra "Luçenec”lə (Slovakiya) üz-üzə gələcək.