
“Araz-Naxçıvan” futzal klubu heyətinə yeni futbolçu cəlb edib.
Sportnet.az xəbər verir ki, ölkə çempionu braziliyalı Andre Korrea dos Santos Juniorla anlaşıb.
Andrezinyo ləqəbli 26 yaşlı oyunçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. Buna qədər vətənində “Sao Lourenço”, “Taubate”, “Yuventude”, “Esporte Futuro” və “Praya” klublarında çıxış etmiş hücumameyilli futzalçı yanvarın 11-də Bakıya gələcək və ertəsi gün yeni komandası ilə məşqlərə başlayacaq.
Qeyd edək ki, bu, "Araz-Naxçıvan"ın 2024-cü ildə ilk transferidir. Ötən ilin dekabr ayında Eriko Dannilo, Xətai Bağırov və İsa Atayev komandanı tərk ediblər.