"İlk görüşümüzün Azərbaycana qarşı olmaması hardasa yaxşıdı. Çünki favorit bu komandadı. İlk oyunumuz Macarıstana qarşıdı və bu matçda uğurlu nəticə qazamaq istəyirik. Ümidvaram ki, Bakıda yaxşı nəticə qazana biləcəyik". Bunu Sportnet.az-a açıqlamasında Albaniya yığmasında üzvü Fidan Qaşi deyib.
Futzal üzrə Albaniya yığmasının qapıçısı Azərbaycan millisinin qrupda birinci yeri tutacağını ehtimal edir: "Azərbaycan millisi son dünya çempionatında da uğurlu çıxış edib. Özü də futzalçılarınızın beynəlxalq təcrübəsi böyükdür. Məncə, qrupda ilk yeri elə Azərbaycan millisi tutacaq. Biz isə digər rəqiblərlə birlikdə ikincilik uğrunda mübarizə aparacağıq".
Qeyd edək ki, futzal üzrə Avropa çempionatının əsas mərhələsinin oyunlarında iştirak edəcək Azərbaycan yığması sabah 18:30-da Albaniya yığmasını sınağa çəkəcək.