"Çox ağır oyun keçirdik. Qrupun favorit komandasına qarşı oynayırdıq. Yəni belə olacağı gözlənilən idi. Amma biz sona kimi mübarizə apardıq və çox yaxşı da oyun alındı. Təəssüflər olsun ki, məğlubiyyətdən qaça bilmədik. Azərbaycan çox güclü olduğunu göstərdi". Bunu Sportnet.az-a açıqlamasında Niyaz Mulahmetoviç deyib.
Futzal üzrə Bosniya və Herseqovina yığma komandasının kapitanı Azərbaycanla keçirilən görüş haqda danışıb. Onun fikirlərinə görə, millimiz Albaniya ilə matçda da qalib gələcək: "Azərbaycan millisi favoritdir və bütün matçlarda qalib gəlməyi bacarar. Ancaq biz də gücümüzü ortaya qoyduq. Qrupda ikincilik uğrunda mübarizə aparacağıq. Ümidvaram ki, istəyimizi həyata keçirəcəyik. Azərbaycanın Albaniyaya da qalib gələcəyini fikirləşirəm".