Fevralın 21-də Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya kuboku, eləcə də AGF Trophy start götürəcək.
Sportnet.az-ın məlumatına görə, iki gün davam edəcək yarışa 6 ölkə qatılacaq.
Bunlar Azərbaycan, Qazaxıstan, Polşa, Türkiyə, ABŞ və neytral ölkə statuslu gimnastlar olacaqlar.
İdmançılar fərdi və sinxron proqramlar üzrə qələbə uğrunda mübarizə aparacaqlar.
İlk yarış günündə fərdi mübarizə, ertəsi gün finallar olacaq.








































































