
Azərbaycan tamblinqçisi Mixail Malkin Bakıda keçirilən "AGF Trophy" Dünya Kubokunda gümüş medal qazanıb.
Sportnet.az xəbər verir ki, Malkin final mərhələsində 74.600 xal toplayıb.
Rusiyalı Vadim Afanasyev isə 75.100 xalla qızıl medala sahib olub. Daha bir rusiyalı Maksim Ryabikov isə bürünc medala yiyələnib.
“AGF Trophy”də 30 ölkənin 160-dan çox gimnastı mübarizə aparıb. 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyan Dünya Kubokunda Azərbaycanı 5 idmançı təmsil edib. Batut yarışlarında qadınlar arasında fərdi proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov mübarizə aparıblar. Bu idmançılar finala vəsiqə qazana bilməyib.