III MDB Oyunlarında Azərbaycanı 23 idman növündə 340 idmançı təmsil edəcək.
Sportnet.az xəbər verir ki, ümumilikdə nümayəndə heyətinin sayı 475 nəfər olacaq.
Ən çox Azərbaycan idmançısı cüdo və qılıncoynatmada – hər birində 32 nəfər olmaqla iştirak edəcək. Taekvondo və voleybol növlərində isə 28 idmançı mübarizə aparacaq.
Azərbaycanlı idmançılar həmçinin komanda idman növlərində də çıxış edəcəklər: futbol, çövkən, voleybol və 3x3 basketbol. Bundan əlavə, bədii gimnastikada ölkəmiz qrup hərəkətləri komandası ilə təmsil olunacaq.
Qeyd edək ki, Azərbaycan ev sahibi ölkə olaraq, bir sıra idman növlərində – cüdo, taekvondo, qılıncoynatma, badminton və karatedə, iki heyətlə iştirak edəcək.
III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın 7 şəhərində – Gəncə, Qəbələ, Mingəçevir, Göygöl, Xankəndi, Yevlax və Şəkidə keçiriləcək. Oyunların açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq.
|
Qılıncoynatma |
32 |
|
Cüdo |
32 |
|
Taekvоndo |
28 |
|
Voleybol |
28 |
|
Güləş |
27 |
|
Karate |
24 |
|
Futbol |
23 |
|
Boks |
22 |
|
Avarçəkmə |
21 |
|
Atıcılıq |
16 |
|
Badminton |
16 |
|
Üzgüçülük |
13 |
|
Batut gimnastikası |
11 |
|
Bədii gimnastika |
10 |
|
Çövkən |
9 |
|
Sambo |
8 |
|
3x3 Basketbol |
8 |
|
Oxatma |
6 |
|
Stolüstü tennis |
6 |







































































