Milli Olimpiya Komitəsi (MOK) Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycanı ilk dəfə komanda növlərində təmsil etmiş 3x3 basketbol millisinə dəstək verəcək.
Sportnet.az-ın xəbərinə görə, bu barədə MOK-un Beynəlxalq Proqramlar İdarəsinin müdiri Ceyhun Rəhmanov açıqlama verib.
O bildirib ki, dəstək Beynəlxalq Olimpiya Komitəsinin xüsusi proqramı əsasında həyata keçiriləcək. Millimiz üçün 2030-cu ilədək xaricdə təlim-məşq toplanışları və yarışlarda iştirakı təmin olunacaq.














































































