1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azad Rəhimovdan olimpiada dəyərləndirməsi
"Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarından sonra statistik rəqəmlər, idmançılarımızın 18 medal qazanması Azərbaycanı xüsusi yerə qoyur".
Sportnet.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov "Rio-2016"da Azərbaycan idmançılarının çıxışlarını olimpiadaya ezam olunmuş jurnalistlərə müsahibəsində dəyərləndirərkən bildirib.
O deyib ki, Azərbaycan dünyada idmançıların faydalılığına görə birinci yerdədir: "Bu, məşhur "Telegraf" agentliyinin yaydığı məlumatda da əks olunub. Həmin məlumatda ABŞ 3-cü yerdə göstərilib. Medal sayı baxımından 207 ölkə arasında 15-ci sıradayıq. Bu da inanılmaz dərəcədə yüksək nəticədir. Avropada 7-ci, İslam ölkələri arasında 1-ci, MDB-də 2-ci yerdəyik. Bunlar çox yüksək, gözlənilməz nəticələrdir. Medal keyfiyyəti baxımından isə 39-cu sıradayıq. Baxmayaraq ki, "London-2012"də 30-cu idik. Amma gümüş medalların sayı "qızıl"ları ikiqat əvəzləyir. Sevindirici hal odur ki, 2 deyil, 5 idman növündə medal qazanmışıq."
Onun sözlərinə görə, bizi qızıl medal sayında qabaqlayanlar 2, maksimum 3 növdə medal əldə ediblər.
"Həmin ölkələr üstünlüyü bu növlərə veriblər, digər növlər diqqətdən kənarda qalıb. Amma bizim geniş tərkib, 5 növdə medalların qazanılması onu göstərir ki, bizdə hər istiqamətə fikir verilir, nəticə də üzdədir", -deyə A.Rəhimov diqqətə çatdırıb.