Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün ikinci oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, rəqib Tacikistan yığma komandası olub.
Oyun millinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Faiq Qarayevin baş məşqçi olduğu komanda növbəti oyununu noyabrın 9-da Türkiyə yığmasına qarşı keçirəcək.
VI İslam Həmrəyliyi Oyunları
6 noyabr
Azərbaycan - Tacikistan 3:0 (25:5, 25:11, 25:9)














































































