İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Azərbaycan stolüstü tennisçiləri yarışın təşkil olunduğu Səudiyyə Ərəbistanına yola düşüblər.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Ər-Riyad sınaqlarında seçmə komandanın 6 idmançısı mübarizə aparacaq.
Sayca 6-cı Oyunlarda Mərziyyə Nurmətova, Zemfira Mikayılova, Aylin Əsgərova, Onur Quluzadə, Hilal Həsənov və Adil Əhmədzadə məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə bacarığını göstərəcək.
Qeyd edək ki, stolüstü tennis yarışları 8 - 13 noyabrda keçiriləcək.















































































