1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycanın daha 2 boksçusu qələbə ilə başladı
Türkiyənin Samsun şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirində Azərbaycanın daha 3 boksçusu rinqə çıxıb. Sportnet.az-ın məlumatına görə, onlardan 2-si kişi, 1-i qadın olub.
Kişilərin mübarizəsində ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidov (+91 kq) 1/8 finala təsadüf edən ilk döyüşündə irlandiyalı Den Qardineri xal hesabı ilə üstələyib - 3:0. 1/4 finalda rəqib italiyalı Vianello Quido olacaq. Görüş aprelin 13-də keçiriləcək.
"Bakı 2015" I Avropa Oyunlarının qalibi Lorentso Sotomayor (64 kq) da 1/8 finalda irlandiyalı rəqibini yenib. O, Den Uolşa xal hesabı ilə qalib gəlib - 2:1. Aprelin 13-nə təsadüf edəcək növbəti görüşdə rəqib yunanıstanlı Aleksandros Tsanikidis olacaq.
Əvəzində qadın boksçu Yelena Vıstropova (75 kq) 1/8 finaldaca türkiyəli Sema Çalışkana 0:3 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.
Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ilk 3 günündə rinqə çıxan Azərbaycan boksçularından Anaxanım Ağayeva (51 kq) və Kamran Şahsuvarlı (75 kq) mübarizəni dayandırıb, Yana Alekseyevna (60 kq) isə 1/8 finala yüksəlib. Aprelin 12-də 1/8 final görüşündə dünya çempionu Cavid Çələbiyev (56 kq) Vyaceslav Qojanla (Moldova), Avropa çempionu Teymur Məmmədov (81 kq) Georgi Kuşitaşvili (Rusiya) ilə, "Bakı 2015" I Avropa Oyunlarının qalibi Abdulqadir Abdullayev (91 kq) isə Tadas Tamaşauskasla (Litva) qarşılaşacaq.