
Boks üzrə Azərbaycan milli komandası Türkiyənin Samsun şəhərində keçirilən Avropa Təsnifat Turnirində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb. Sportnet.az-ın məlumatına görə, bu vəsiqəyə yarımfinalda türkiyəli Batuhan Gözgeci məğlub edən Lorenzo Sotomayor yiyələnib.
64 kq çəki dərəcəsində yer alan Sotomayor 2:1 hesablı qələbə sayəsində finala yüksəlib və ilk "üçlüyü" təmin etdiyi üçün "Rio-2016"da iştirak hüququnu əldə edib. Onun turnirin finalındakı rəqibi ermənistanlı Hovhannes Baçkov və Böyük Britaniyadan olan idmançı Evaldas Petrauskas duelinin qalibi olacaq.
Bununla da Azərbaycan idmançılarının olimpiadaya qazandıqları lisenziyaların sayı 38-ə çatıb.
Qeyd edək ki, bu gün daha iki lisenziyanı Yana Alekseyevna və Cavid Çələbiyev qazanıb. Alekseyevna irlandiyalı Olimpiya, 4 qat dünya və 5 qat Avropa çempionu, eləcə də "Bakı 2015" I Avropa Oyunlarının qalibi Keti Taylora qalib gələrək adını finala yazıdırb və Rio-2016-da iştirak hüququ qazanıb. Ötənilki dünya çempionatında Azərbaycanın 3 boksçusu - Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq) və Pərviz Bağırov (69 kq) Rio-2016-ya lisenziya qazanıb.