
21:00. Almaniya – Portuqaliya 4:0
Qollar: Müller, 12-p. 45+1. 78. Hummels, 32.
Baş hakim: Milorad Majiç (Serbiya)
Nova Salvador, "Arena Fonte"
Start heyətlər
Almaniya: 1. Manuel Noyer, 4. Hövedes, 5. Mats Hummels (Mustafi-73), 6. Sami Hedira, 8. Məsut Özil (Şürle-62), 13. Tomas Müller (Podolski-82), 16. Flip Lam (k), 17. Per Mertezaker, 18. Toni Kroos, 19. Mario Götze, 20. Jerome Boatenq.
Portuqaliya: 1. Rui Patrisio, 2. Bruno Alveş, 3. Pepe (qırmızı vərəqə-37), 4. Migel Veloso (Kosta-46), 5. Fabio Koentrao (A.Almeyda-65), 7. Kriştianu Ronaldo (k), 8. Joa Moutinyo, 9. Uqo Almeyda (Eder-28), 16. Raul Meyreleş, 17. Luiş Nani, 21. Pereyra (sarı vərəqə-12).
Matçöncəsi maraqlı məqamlar
- Almaniyanın Portuqaliya ilə
oynayacağı matç ölkənin DÇ-lərdəki 100-cü matçı olacaq. Almaniya bu uğura imza
atan ilk yığmadır.
- Almaniya DÇ qruplarında oynadığı son 18 matçıda yalnız bir məğlubiyyət alıb (13 qələbə, 4 heç-heçə). Bu 2010-cu ildə Serbiya ilə keçirilən matç olub.
- Portuqaliya, G qrupundaki rəqibləri ABŞ və Almaniyaya qarşı 2002 və 2006-cı illərdəki mundiallarda məğlub olmuşdu.
- Almaniya 1986-cı ildən bəri qatıldığı son 6 DÇ-də ilk matçlarını qələbə ilə başa vurub.
- Almaniya DÇ-2014-ün seçmələrində 36 qol vurmaqla mərhələnin ən məhsuldar komandası olub.
- Portuqaliya DÇ-lərdə oynadığı son 7 matçda cəmi 1 qələbə qazanıb (3 heç-heçə, 4 məğlubiyyət)
- Portuqaliya Almaniyaya
qarşı oynadığı son 17 matçın 3-də qələbə qazana bilib.
2-ci dəq. İlk təhlükəli hücum Almaniya tərəfindən qurulur. Almanlar ilk künc zərbəsini vurur.
5-ci dəq. Portuqaliya əks-hücuma çıxır. Ronaldonun sürətli reydi. Almeydanın zərbəsi zəif alınır.
7-ci dəq. Almaniya müdafiəsində anlaşılmazlıq. Ronaldo sol cinahdan güclü zərbə endirir. Noyer çətinliklə topu çıxarır.
8-ci dəq. Pepenin böyük səhvi. Sami Hedira topu boş qapıya göndərə bilmir.
11-ci dəq. Pereyra Götzeni cərimə meydançasında yıxır. Hakim penalti nöqtəsini göstərir. Pereyra sarı vərəqə alır.
12-ci dəq. QOOOOOL! Müller penaltidən fərqlənir.
20-ci dəq. Almaniya qoldan sonra daha da təzyiqi artırır. Portuqaliya topu özündə saxlamaqda çətinlik çəkir.
25-ci dəq. Nani sağ cinahdan effektli zərbə endirir. Top az fərqlə üstddən kənara çıxır.
28-ci dəq. Almeyda zədələnərək meydanı tərk edir. Onun əvəzinə Eder meydana daxil olur.
31-ci dəq. Almaniyanın sürətli əks-hücumundan sonra penaltinin səbəbkarı Pereyra Götzenin fərqlənməsinə imkan vermir.
32-ci dəq. QOOOOOL! Hummels künc zərbəsindən sonra başla qol vurur.
36-cı dəq. Koentraonun ötürməsi təhlükəli alınır. Lam az qala avtoqol vuracaqdı.
37-ci dəq. Qırmızı vərəqə. Pepe Müllerə qarşı kobudluğa görə meydandan qovulur.
42-ci dəq. Götzenin sol cinahda ötürdüyü topda Özilin zərbəsi zəif alınır.
45+1-ci dəq. QOOOOOL! Kroosun ötürməsindən sonra Müller dubl edir.
45+2-ci dəq. Hakim birinci hissəni başa vurur.
Fasilə
Birinci hissənin statistikası
Almaniya Portuqaliya52% Topa nəzarət 48%
3 Küncdən zərbə 3
0 Of-sayd 1
2 Qayda pozuntusu 8
0 Sarı vərəqə 1
0 Qırmızı vərəqə 1
İkinci hissə başladı.
46-cı dəq. Portuqaliya hissəyə dəyişikliklə başlayır. Migel Velosonun yerinə Rikardo Kosta meydana çıxır.
51-ci dəq. Almaniya təhlükəli hücum qurur. Əvvəlcə Özil və Müller imkandan yararlana bilmir.
60-cı dəq. Ronaldonun cərimə zərbəsi canlı səddən qayıdır.
62-ci dəq. Məsut Özili Andre Şürle əvəz edir.
65-ci dəq. Portuqaliyada daha bir futbolçu zədələnir. Koentraonu Andre Almeyda əvəzləyir.
69-cu dəq. Şürle sağ cinahdan sürətlə irəliləyir. Onun ötürməsini Götze qola çevirə bilmir.
73-cü dəq. Oyunda üçncü futbolçu zədələnərək meydanı tərk edir. Bu dəfə Almaniyada Hummelsi Skodran Mustafi əvəz edir.
75-ci dəq. Eder cərimə meydançasında yıxılır. Etirazlara baxmayaraq, hakim davam işarəsi verir.
78-ci dəq. QOOOOOL! Müller het-trik edir.
82-ci dəq. Oyunun qəhrəmanı Müller Lukaş Podolski ilə əvəzlənir.
90-cı dəq. Hakim əsas vaxta 2 dəq əlavə edir.
90+1-ci dəq. Ronaldonun qüvvətli cərimə zərbəsindən sonra Noyer səhvsiz oynayır.
90+2-ci dəq. Oyun başa çatır.
Oyunun statistikası
Almaniya Portuqaliya54% Topa nəzarət 46%
4 Küncdən zərbə 6
2 Of-sayd 1
8 Qayda pozuntusu 12
0 Sarı vərəqə 1
0 Qırmızı vərəqə 1
Matçın oyunçusu: Tomas Müller (Almaniya)