Birinci Avropa Oyunlarında uğur qazanan idmançılara veriləcək medallar artıq hazırdır. Sportnet.az-ın məlumatına görə, Bakı 2015 qısa zamanda başlayacaq və bütün nəzərlər ilk Avropa Oyunlarının çempionu olmaq üçün mübarizə aparacaq qitə idmançılarına yönələcək.
Belə bir tarixi tədbirdə iştirak etmək bütün iştirakçıların karyerasında yüksək dönüş nöqtəsi olacaq. Lakin mükafatçılar sırasına çıxacaq müəyyən sayda idmançı Bakı 2015-in qızıl, gümüş və ya bürünc medalını əldə edəcək.

Ərsəyə gətirilmiş bu video-çarx yerli şirkət "Azərsuvenir" MMC-nin Bakıda hazırladığı Avropa Oyunları medallarının istehsal prosesini əks etdirir.