
Türkiyənin "Trabzonspor" klubu Azərbaycan milli komandasının və "Qarabağ"ın futbolçusu Bədavi Hüseynovu transfer siyahısına daxil edib. Sportnet.az-ın "Habertürk"ə istinadən verdiyi məlumatına görə, bu məqsədlə Ağdam təmsilçinin rəhbərliyi ilə danışıqlara başlanılıb.
Lakin "Qarabağ" B.Hüseynova 1 milyon avro qiymət qoyub. Hazırda iki klub arasında danışıqlar gedir.
Qeyd edək ki, Bədavi Hüseynov hazırda Azərbaycan milli komandasının düşərgəsində iyunun 12-də Norveçlə Osloda keçiriləcək AVRO-2016-nın seçmə qrup matçına hazırlaşır.









































































