"Qəbələ"nin braziliyalı hücumçusu Dodo nəhayət komandasına qovuşub. Sportnet.az-ın klubun rəsmi facebook səhifəsinə istinadən məlumatına görə, uzun müddətdir zədədən əziyyət çəkən futbolçunun zədəsi sağalıb.
O, Ərzurumda təlim-məşq toplanışında olan "Qəbələ"nin heyətinə qoşulub. Braziliyalı futbolçu hələ ki, fərdi məşqlərlə kifayətlənir.