ABŞ-ın Las Veqas şəhərində keçirilən 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli güləş üzrə dünya çempionatının 3-cü günündə yunan-Roma və qadın güləşçilər döşək üzərinə çıxıb. Sportnet.az-ın məlumatına görə, yarışlar yunan-Roma güləşi üzrə 85 kq, qadın güləşi üzrə 48, 53 və 69 kq çəkidə gedir.
Bu çəki dərəcələrindən 3-də artıq Rio-2016-ya lisenziyalar əldə olunub. Yunan-Roma güləşçisi Saman Təhmasibi (85 kq) ilə qadın güləşçilər Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq) ən azı ilk "5-liy"ə düşüblər. Nəticədə onlar olimpiadada iştirak hüququna yiyələniblər. Bununla da kifayətlənməyən Stadnik finala gedən yolda çinli rəqibinin kürəyini 1 dəqiqə 5 saniyəyə döşəyə sıxaraq, təmiz qələbə ilə finala yüksəlib.
Təhmasibi yarımfinalda, Doroqan 1/4 finalda uduzub. Bununla belə, hər iki pəhləvan bürünc medal uğrunda görüşə çıxacaq.
85 kq
1/16 final. Saman Təhmasibi - Brandao Sant (Braziliya) - 8:0
1/8 final. Saman Təhmasibi - Hristo Diyanov Marinov (Bolqarıstan) - 7:3
1/4 final. Saman Təhmasibi - Davit Çakvetadze (Rusiya) - 8:0
1/2 final. Saman Təhmasibi - Yan Belenyuk (Ukrayna) - 1:3
Bürünc medal görüşü: Viktor Lorincz (HUN) Saman Təhmasibi - 1:2
48 kq
1/16 final. Jessica Blazka (Hollandiya) - Mariya Stadnik - 0:11
1/8 final. Talia Jihan Malqui Peçe (Peru) - Mariya Stadnik - 0:10
1/4 final. Mariya Stadnik - Tatyana Amanjol-Bakatyuk (Qazaxıstan) - 11:4
1/2 final. Mariya Stadnik - Hui Li (Çin) - təmiz qələbə
FİNAL. Mariya Stadnik - Eri Tosaka (Yaponiya) - 2:3
53 kq
1/16 final. Anjela Doroqan - Lenka Hoçkova Martinova (Çexiya) - 5:0
1/8 final. Qomes Gerreyro (Portuqaliya) - Anjela Doroqan - 0:11
1/4 final. Saori Yoşida (Yaponiya) - Anjela Doroqan - 11:0
Təsəlliverici görüş: Thii Lua Nquyen (Vyetnam) - Anjela Doroqan - 2:3
Bürünc medal görüşü: Anjela Doroqan - M.Yonq (KXDR) - 2:13
69 kq
1/16 final. Elis Manolova - E.Sizdikova (Qazaxıstan) - 3:4
İlk iki yarış gününün yekunlarına əsasən güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq) və Sabah Şəriəti (130 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib.
Qeyd edək ki, sentyabrın 12-də başa çatacaq dünya çempionatında Azərbaycanı yunan-Roma güləşində baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Rövşən Bayramov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) təmsil edir.