Abş-ın Las Veqas şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli güləş üzrə dünya çempionatına yekun vurulub. Sportnet.az-ın məlumatına görə, son yarış günündə sərbəst güləşçilər 4 çəki dərəcəsində mübarizə aparıblar.
Azərbaycanı Mahir Əmiraslanov (57 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) təmsil edib. Onlardan Məhəmmədov əvvəlcə yarımfinala vəsiqə qazanaraq, ilk "5-lik"də yerini və Rio-2016-ya lisenziyanı təmin edib. Sonradan isə o, finala yüksəlib. Amma həlledici görüşdə təmsilçimiz yenilib və gümüş medalla kifayətlənib. Qalan pəhləvanlar isə erkən mərhələlərdə uduzaraq, mübarizəni dayandırıblar.
Beləliklə, Azərbaycanın sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandası dünya çempionatını 2 qızıl, 3 gümüş, 3 bürünc və Rio-2016-ya 11 lisenziya ilə başa vurub. Daha öncə lisenziyaya yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq) və Yuliya Ratkeviç (58 kq), sərbəst güləşçilərdən Toğrul Əsgərov (65 kq), Məhəmmədhacı Xatiyev (86 kq) və Xetaq Qazyumov (97 kq) yiyələnib. Yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc, qadın güləşçilərdən Mariya Stadnik (48 kq) gümüş, Yuliya Ratkeviç (58 kq) bürünc, sərbəst güləşçilərdən Hacı Əliyev (61 kq) qızıl, Cəmaləddin Məhəmmədov (125 kq) və Xetaq Qazyumov (97 kq) bürünc medala yiyələnib.
57 kq
1/16 final - Marsel Evald (GER) - Mahir Əmiraslanov 0:7
1/8 final - Yuki Takahaşi (JPN) - Mahir Əmiraslanov 5:3
70 kq
1/16 final - Dejan Mitrov (MKD) - Ruslan Dibirhacıyev 0:10
1/8 final - Bekzod Abduraxmonov (UZB) - Ruslan Dibirhacıyev 4:2
74 kq
1/16 final - Stefan Reixmut (SUİ) - Cəbrayıl Həsənov 0:6
1/8 final - Cəbrayıl Həsənov - Anvar Geduev (RUS) 0:4
125 kq
1/16 final - Cəmaləddin Məhəmmədov - Mohammed Sabah Abdulmalek Saklave (İRQ) 10:0
1/8 final - Cəmaləddin Məhəmmədov - Nobuyoşi Arakida (JPN) 11:0
1/4 final - Çuluunbat Jarqalsaixan (MGL) - Cəmaləddin Məhəmmədov 0:4 (təmiz qələbə) (Olimpiadaya lisenziya qazandı)
1/2 final - Cəmaləddin Məhəmmədov - Geno Petriaşvili (Gürcüstan) - 10:0
FİNAL - Cəmaləddin Məhəmmədov - Taha Akgül (Türkiyə) - 0:10
FİNAL - Cəmaləddin Məhəmmədov - Taha Akgül (Türkiyə) - 0:10
Qeyd edək ki, dünya çempionatında yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edib.