1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Toğrul Əsgərova haqsızlıq edən hakimlər cəzalandırıldı
ABŞ-ın Las-Veqas şəhərində keçirilmiş dünya çempionatında Azərbaycanın sərbəst güləşçisi Toğrul Əsgərova (65 kq) qarşı haqsızlıq edən hakimlər cəzalandırılıb. Sportnet.az-ın məlumatına görə, bu barədə Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov bildirib.
Baş katib azərbaycanlı idmançının italiyalı rəqibi üzərində "təmiz" qələbəsini qeydə almayan hakimlərin səhvə yol verdiklərinin məlum olduğunu deyib: "Dünya çempionatında 69 ölkədən hakimlər təyinat almışdı. Onların bəzilərinin qeyri-obyektiv qərarları daha çox medal qazanmağımıza mane oldu. 65 kq-da mübarizə aparan Toğrul Əsgərov 1/4 finalda italiyalı rəqibi üzərində "təmiz" qələbə qazanmışdı. Amma hakimlər Olimpiya çempionumuza qarşı ədalətsizlik etdilər. Nə etmək olar, bu idmandır, belə hallar olur. Las Veqasda nümayəndə heyətimizin rəhbəri, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev dərhal müdaxilə etdi və Dünya Güləş Birliyinə şikayət məktubu ünvanlandı. Bundan sonra orada xüsusi komitə yaradıldı və həqiqətən də həmin görüşdə hakimlərin kobud səhvə yol verdiyi üzə çıxdı. Düzdür, bu görüşün nəticəsinə təsir etməsə də, həmin hakimlərin cəzalandırılması ilə nəticələndi və yəqin ki, həmin hakimlərin gələcəkdə Olimpiya Oyunlarında iştirakı mümkün olmayacaq".
Ə.Cəfərov yunan-roma, sərbəst güləş və qadınlardan ibarət yığma komandaların dünya çempionatında yüksək səviyyədə çıxış etdiyini vurğulayıb: "Yarış hazırlıqlarına bir neçə ay öncədən başlamışdıq. Komandalarımız yüksək əzmkarlıq nümayiş etdirdilər. Hər üç növdə Olimpiya oyunlarına yetərincə lisenziyalar əldə etdik. Çempionatda qızıl medal qazanan Hacı Əliyev Azərbaycan güləş tarixinə adını qızıl hərflərlə yazdı. O, sərbəst güləş tarixində ilk dəfə olaraq ikiqat dünya çempionu oldu. İki il ardıcıl dünya çempionu adını qazanmaq hər idmançıya qismət olmur. Əlbəttə, bütün bu uğurlarımız təsadüfi deyil. Ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev daim idmana, həmçinin güləşə böyük diqqət ayırır. İdmançılarımız da bu qayğı sayəsində beynəlxalq arenalarda müvəffəqiyyətlə çıxış edirlər. Ümumilikdə komandalarımızın çıxışları qənaətbəxşdir. Güləşçilərimiz 8 medal və Olimpiya oyunlarına 11 lisenziya qazanıblar".