1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Güləşçilərimizin erməni "qapazaltı"sı karyerasını bitirdi
Ermənistanın ən yaxşı yunan-Roma güləşçilərindən sayılan Roman Amoyan karyerasını bitirməyi qərara alıb. Bu barədə yığmanın baş məşqçisi Arsen Culfalakyan açıqlama verib.
O, bildirib ki, Amoyanla ciddi söhbəti olub. 30 yaşlı idmançı karyerasını daha davam etdirmək istəmədiyini bildirib. Erməni güləşçi əvvəllər 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından sonra güləşdən getmək istədiyini desə də, ABŞ-ın Las Veqas şəhərindəki dünya çempionatından sonra fikrini dəyişib. Amoyan gənclərlə mübarizə və qələbə qazanmaqda çətinlik çəkdiyini bildirib.
Qeyd edək ki, Roman Amoyan karyerası ərzində aşağı çəki dərəcələrində (55 kq və 59 kq) mübarizə aparıb. O, bir çox nüfuzlu yarışlarda Azərbaycan pəhləvanlarına rəqib olub və əksər vaxtlarda uduzub. Amoyana daha çox Rövşən Bayramov qalib gəlib. Erməni güləşçi "Bakı 2015" I Avropa Oyunlarında bürünc medal uğrunda görüşdə daha bir təmsilçimiz Elman Muxtarovla qarşılaşmada biabırçı məğlubiyyətə uğrayıb. Təcrübəli pəhləvan Las Veqasdakı dünya çempionatında isə ikinci qarşılaşmada özbəkistanlı rəqibinə yenilərək, mübarizəni dayandırıb.