"Bakı"nın 2 gənc futbolçusu yaxın vaxtlarda Fransa "Lans"ına qoşulacaq. Sportnet.az-ın rclensois.fr-ə istinadən məlumatına görə, bunlar Ülvi Süleymanovla Mahir Mədətovdur.
Hər iki oyunçu 2014-2015-ci il mövsümündə "Lans"ın şərəfini qoruyacaq. Onlar ya klubun 19 yaşadək futbolçulardan ibarət komandasında, ya da əvəzedici heyətdə çıxış edəcəklər. Hətta baş məşqçi Antuan Kombuare şans verəcəyi təqdirdə, Süleymanovla Mədətovun əsas komandada yer alması mümkündür. İstənilən halda, bildirilir ki, klubun sahibi Hafiz Məmmədov azərbaycanlı futbolçuları ən yüksək səviyyədə çıxış etmələrini istəyir.
"Bakı"nın vitse-prezidenti Yaşar Seyidov isə Sportnet.az-a açıqlamasında xəbərdən məlumatsız olduğunu bildirib. Onun sözlərinə görə, hazırda Süleymanov və Mədətov "Bakı"nın əsas komandası ilə birgə məşqlərdə iştirak edirlər. Seyidov gələcəkdə belə bir variantın mümkünlüyünü istisna etməyib.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |