Qadın voleybolçulardan ibarət "Azəryol" klubunun rəhbərliyində dəyişiklik baş verib. Sportnet.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasından "Report"a verilən məlumata görə, klub prezidenti vəzifəsinə Cəmil Rüstəmxanlı seçilib.
O, yeni vəzifədə Cavid Qurbanovu əvəzləyib. "Azəryol"un icraçı direktoru Yusif Atakişiyev, baş məşqçisi isə Aleksandr Çervyakov olub. Bundan başqa uzun müddət "Rabitə" klubunda çalışmış İlqar İmanquliyev baş menecer, həmkarımız Amil Hacıyev isə icraçı menecer vəziyəsinə təsqiqlənib. Klubun sabiq icraçı direktoru Zöhrab Gözəlbəyli "Azərreyl" klubunda eyni vəzifədə işə başlayıb. Baş məşqçi vəzifəsi isə Bülent Karslıoğluna tapşırılıb. Amma "dəmiryolçular"ın yeni prezidenti hələ dəqiqləşməyib.
"Azəryol" növbəti mövsüm CEV Kubokunda, "Azərreyl" isə Çempionlar Liqasında mübarizə aparacaq.
"Azəryol" növbəti mövsüm CEV Kubokunda, "Azərreyl" isə Çempionlar Liqasında mübarizə aparacaq.
Qeyd edək ki, Cəmil Rüstəmxanlı "Azəryolservis" ASC-nin sədr müavini vəzifəsində çalışır. O, xalq yazıçısı, millət vəkili Sabir Rüstəmxanlının oğludur. Cavid Qurbanov isə "Azəryolservis"in sabiq, "Azərbaycan Dəmir Yolları" QSC-nin hazırkı sədridir.