Yozef Blatter FİFA prezidenti səlahiyyətlərinin icrasından 90 gün müddətinə kənarlaşdırılıb. Sportnet.az-ın məlumatına görə, bu barədə ali futbol qurumu başçısının müşaviri Klaus Ştelker "The Guardian"a açıqlama verib.
sentyabrın sonlarında Blatterə qarşı cinayət işi qaldırılıb. O, səhlənkarlıqda və vəsaitləri mənimsəməkdə günahlandırılır. Lakin isveçrəli funksioner heç bir sübutsuz ittiham olunduğunu bildirib.
"BBC Sport" isə yazır ki, UEFA prezidenti Mişel Platini də korrupsiya qalmaqalı ilə əlaqədar eyni müddətə səlahiyyətlərindən kənarlaşdırıla bilər. FİFA-nın Etika Komitəsinin Avropa futbol qurumunun rəhbərinə qarşı da eyni addımın atılmasını tələb etdiyi bildirilir.
Qeyd edək ki, Mişel Platini oktyabrın 10-da Bakıda səfərdə olacaq. O, milli komandaların təlim-məşq bazasının açılışına qatılacaq, Azərbaycan və İtaliya yığmaları arasında keçiriləcək AVRO-2016-nın seçmə qrup matçını izləyəcək.