İdman Araşdırmalar Mərkəzinin
təşkilatçılığı, Sportnet.az-ın informasiya dəstəyi və "Kolizey İnşaat”ın
sponsorluğu ilə FUTPROQNOZ yarışması davam edir. Sportnet.az-ın məlumatına
görə, bu gün ilk 4 iştirakçı yarımfinala
yüksəlmək uğrunda mübarizə aparacaq.
Əgər qarşılaşan rəqiblər
verəcəkləri proqnozda eyni xalı toplasalar, qalib "qızıl xal” prinsipi ilə
müəyyən ediləcək. "Qızıl xal” - iştirakçıların qrup mərhələsi və 1/8
finalda topladığı xallardır. Hansı
iştirakçı ilk iki mərhələdə rəqibinə
nisbətən, daha çox xal toplayıbsa, o da üstünlük əldə edəcək.
Qeyd edək ki, 1/4 finalda iştirakçı düzgün müəyyən edilmiş (bura yalnız
əsas vaxt daxildir) nəticəyə görə 30,
düzgün müəyyən edilmiş qalibə görə 10, düzgün müəyyən edilmiş top fərqinə görə (qalibi düzgün müəyyən etmək şərti
ilə) 20 xal əldə edəcək.
04iyul
22:00. 1/4 final. Fransa-Almaniya
Rail Məlikov (4) (futbolçu) – 2:3
Əliyar Ağayev (14) (hakim) – 1:2
5 iyul
02:00. 1/4 final. Braziliya-Kolumbiya
Ruslan Əmircanov (13) (futbolçu) - 3:1
Tahir Hümmətov (4) (jurnalist) – 2:1