
Bu gün DÇ-2014-ün 3-cü yarımfinalıçısı müəyyənləşəcək. Sportnet.az-ın məlumatına görə, 1/4 finalda Argentina və Belçika yığma komandaları üz-üzə gələcəklər.
Argentina yığması, belçikalılar kimi liderlərinin oyunundan çox asılıdır. Ancaq Messidən başqa bu ağır yükün altına girən tapılmır. Nə süst görünən Di Mariya, nə Lavessi, nə də İquain lazım olan anlarda komanda yoldaşlarını arxaları ilə apara bilirlər. Yox, heç kim Di Mariyanın 1/8 finalın əlavə vaxtının bitməsinə 2 dəqiqə qalmış İsveçrənin qapısına vurulan yeganə qolun müəllifi olduğunu unutmur. Ancaq LİDER anlayışı bir qolla ölçülə bilməz.
Cənubi amerikalılardan fərqli olaraq, Belçika yığmasında bu funksiyanı üzərinə götürməyi bacaranların sayı daha çoxdur. Bir dəfə bunu Azar edir, digər halda Lukaku, üçüncü dəfə de Breyne məsuliyyəti üzərinə götürməyi bacarır. Bax bu faktor Belçikanı olduqca təhlükəli edir. Axı Argentina millisinin müdafiə xətti, yumuşaq desək, ideal deyil.
Hər iki komanda qrup mərhələsində ciddi problem yaşamayıb. Həm Argentina, həm də Belçika yığması 1/8 finala qrup qalibi kimi adlayıb. Maraqlıdır ki, hər iki yığma 1/8 final səddini də eyni yolla keçib: əlavə vaxtda. Argentina millisinin İsveçrəni məğlub etməsi barədə xatırlatma verdik. Belçikalılar isə ABŞ-ı 2:1 məğlub edib. Özü də hər 3 qol əlavə vaxtda vurulub. Kevin de Brüyne və Romelu Lukakunun qollarına Culianın cavabı yetərli olmayıb.
Qol: İquain, 9
Baş hakim: Nikola Ritsoli (İtaliya)
Brazilia şəhəri. "Estadio Nasyonal" stadionu.
Matçöncəsi maraqlı məqamlar
- Belçika millisi rəqib qapılarına 6 dəfə yol tapıb. Bunlardan 4-nə oyuna əvəzetmədən daxil olan oyunçular imza atıb
- Belçika yığması DÇ-2014-də əsas vaxtda vurduğu 4 qola hamıdan çox əziyyət çəkib. Mark Vilmotsun rəhbərlik etdiyi yığma rəqib qapılarına 74 zərbə endirib
- Anxel Di Mariya İsveçrə ilə 1/8 final qarşılaşmasında rəqib qapısına 12 zərbə endirib. Bu, son 42 ilin rekord göstəricisidir. Müqayisə üçün qeyd edək ki, Tomas Müller Almaniya yığmasının heyətində keçirdiyi ilk 4 oyunda 13 zərbə vurub.
- 1/4 finala çıxan komandalar arasında Belçika və Argentina yığmaları çərçivəyə zərbə endirmək üzrə rekordçudurlar. Belçika orta hesabla hə oyunda 13,8 dəfə, Argentina isə 12,3 dəfə zərbə endirib.
Start heyətləri.
Argentina: 1. Romero 2. Qaray 4. Zabaleta 6. Biqlia 7. Di Mariya 9. İquain 10. Messi (kap) 14. Maskerano 15. Demiçelis 22. Lavessi 23. Basanta
Belçika: 1. Kurtua 2. Alderveyred 5. Vertongen 4. Kompani (kap.) 6. Vitsel 7. De Bruyn 8. Fellaini 10. Hazard 11. Miralyas 15. Van Buyten 17. Oriqi
dəq.3 Oyunun ilk dəqiqələrində Belçika "2-ci nömrə"ylə oynayır
dəq.7 Di Mariyanın zərbəsi təhlükəli idi. Ancaq müdafiəçilər zərbənin qarşısını alırlar
dəq.9 Cərimə meydançasında top İquainə düşdü və o, düşünmədən uzaq küncü dəqiq nişan aldı - 1:0
dəq.13 Argentina belçikalılara göz açmağa imkan vermir.
dəq.15 İlk künc zərbəsini Belçika qazanır.De Bruyn ötürməni əks istiqamətə necə ünvanladısa, top auta çıxdı.
dəq.20 Hazarda qarşı qayda pozuntusuna hakim göz yumur
dəq.23 Belçika oyunu bərabərləşdirsə də, hesabda tarazlığa heç yaxınlaşa da bilmir.
dəq.26 De Bruyndan əla zərbə və Romero komandasını qoldan xilas edir
dəq.28 Messi əks-hücum zamanı Di Mariyanı rəqib müdafiəçiylə təkbətək qoydu. Ancaq İsveçrənin qapısına vurulan qolun müəllifi bu fürsətdən yararlana bilmədi.
dəq.33. Di Mariya zədələnir və onu Enzo Peres əvəz edir.
dəq.38 Olduqca təhlükəli nöqtədə Messini yerə sərirlər. Qapıdan cəmi 17 metrlik məsafədə.
dəq.40 Messi topu qapının üstündən göndərir.
dəq.42 Miralyasın baş zərbəsi dirəyi "yalayaraq" meydandan çıxdı
dəq.45 Hakim ilk yarıya 2 dəqiqə əlavə edir.
Fasilə.
İkinci hissə başladı