Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun ABŞ yığmasındakı fəaliyyəti ilə bağlı maraqlı fakt ortaya çıxıb. Sportnet.az-ın məlumatına görə, bu barədə DÇ-2014-ü izləyən "Delta" Baş İdman Komisiyyasının sədri Pinniç Amaju danışıb.
Nigeriyalı ekspert ABŞ-ın Qana üzərindəki qələbəsində Foqtsun xüsusi rolunun olduğunu bildirib: Mən sizə bir misal deyim. Foqts mundialda ABŞ-ın məsləhətçisi idi. Qana yığması ilə qarşılaşmada Yurgen Klinsmann ona sifariş göndərdi ki, son 5 dəqiqəni analiz etsin. Foqts da qanalı müdafiəçilərdən birinin axsayaraq oynadığını bildirdi. Bundan sonra məhz həmin cinahdan hücuma keçən ABŞ qələbə topunu vurmağa nail oldu. Klinsman Foqtsu ona görə məsləhətçi götürmüşdü ki, texniki ekspertlərin uzaqdan izlədiklərini o, meydanın kənarından görə bilmirdi. Mundialda mübarizə aparan güclü komandaların əksəriyyətinin məsləhətçisi vardı. Amma Nigeriya yığmasının baş məşqçisi Stiven Keşi buna ehtiyac görməmişdi".
Qeyd edək ki, DÇ-2014-də Qana ilə ABŞ yığması F qrupunda yer alıb. Bu komandalar arasındakı görüş ilk tura təsadüf edib. 1-ci dəqiqədə Klint Dempsi baş məşqçi Yurgen Klinsmannın komandasını önə çıxarıb. 82-ci dəqiqədə Andre Ayyu bərabərlik qolunu vurub. Məhz bundan 5 dəqiqə sonra ABŞ Con Bruksun dəqiq zərbəsi ilə qələbəyə nail olub - 2:1.