"Bakı" klubunun prezidenti Hafiz Məmmədov sahibi olduğu Fransa "Lans"ının yüksək liqada iştirakına təminat üçün lazım olan 10 milyon avronu ödəyib. Sportnet.az-ın məlumatına görə, bu barədə keçirdiyi mətbuat konfransında "Lans"ın prezidenti Jerve Martel açıqlama verib.
Martel bildirib ki, iyunun sonlarında ödənilən vəsait artıq hesaba oturub. İndi Fransanın İdarəetməyə Nəzarət üzrə Milli Direktoratı "Lans"ın yüksək liqaya buraxılmaması barədə qərarından apellyasiyaya baxmalıdır. Bu, iyulun 9-da və ya 10-da olacaq.
Qeyd edək ki, hazırda "Bakı" maliyyə problemləri üzündən dağılma təhlükəsi ilə üzləşib.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |