
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına (ADBTİA) yeni rektor təyin edilib. Sportnet.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla Fuad Hacı oğlu Hacıyev ADBTİA-nın yeni rektoru olub. O, yeni vəzifədə Ağacan Abiyevi əvəzləyib.
Qeyd edək ki, Fuad Hacıyev bu təyinatadək Gənclər və İdman Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışıb.




































































