Romeu Filemon futbol üzrə Anqola milli komandasının baş məşqçi postundan qovulub. Sportnet.az-ın məlumatına görə, buna 49 yaşlı mütəxəssisin Milad bayramından sonra işə çıxmaması səbəb olub.
Amma Filemon iddia edir ki, komandanın qaldığı oteldə olub. O, yaxın günlərdə mətbuat konfransı keçirərərk, qovulmasının əsl səbəblərini açıqlamayacağına söz verib. Eyni zamanda, təcrübəli mütəxəssis Anqola Futbol Federasiyasının 8 ay ərzində ona əmək haqqı ödəmədiyini bildirib.
Qeyd edək ki, Romeu Filemon Anqola millisinə 2014-cü ilin avqustunda baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında yığma DÇ-2018-in final mərhələsinə yüksələ bilməyib. Anqola dünya çempionatlarının final mərhələsində yalnız bir dəfə - DÇ-2016-da təmsil olunub və qrupdan çıxa bilməyib.