1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Xaqani Məmmədov: "Rusiya - Türkiyə münaqişəsi və dollar..."
Azərbaycanın futbol hakimlərinin Türkiyənin Antalya bölgəsində keçirilməsi nəzərdə tutulan ənənəvi qış təlim-məşq toplanışı ləğv olunub. Bu barədə "Report"a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.
X.Məmmədovun sözlərinə görə, hakimlər qış toplanışını Bakıda keçirəcək Premyer Liqa klublarının yoxlama görüşlərini idarə edəcəklər: "Bizə lazımdır ki, oyunlar idarə edək. Klublarımızdan bir neçəsi Bakıda qalacaq. İnanıram ki, hakimləri sınaqdan keçirmək üçün kifayət qədər oyun olacaq".
Komitə sədri Antalya toplanışının ləğv edilmə səbəblərini də açıqlayıb: "Çətinliklər var. Amma bir amili də nəzərə almaq lazımdır ki, Rusiya - Türkiyə münasibətlərinə görə, rusların xeyli sayda klubu Türkiyəyə gəlməyəcək. Bu da qış təlim-məşq toplanışı üçün Antalyaya az sayda komandanın gələcəyini deməyə əsas verir. Üstəlik, planın dəyişməsinə dolların məzənnəsinin qalxması da səbəb oldu".
Qeyd edək ki, azərbaycanlı hakimlər 2009-cu ildən qış toplanışını Antalyada keçirirdilər.