Ukraynada ağırlıqqaldırma üzrə ikiqat olimpiya, dəfələrlə dünya, Avropa və SSRİ çempionu Leonid Jabotinski vəfat edib. Sportnet.az Zaporojye meriyasının rəsmi saytına istinadən xəbər verir ki, məşhur atlet 78 yaşında ikən dünyasını dəyişib.
Ölümün səbəbi açıqlanmır.
Qeyd edək ki, Leonid Jabotinski idmançı karyerası ərzində superağır çəkidə 19 dünya, 20 SSRİ və 58 Ukrayna rekordu müəyyənləşdirib. O, 1964, 1968-ci illərdə olimpiya, 1964 - 1966 və 1968-ci illərdə dünya, 1966 və 1968-ci illərdə Avropa, 1964 - 1969-cu illərdə SSRİ çempionu olub ("Report").