1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qızıl top"a namizədlər açıqlandı
DÇ-2014-ün ən yaxşı futbolçusu adına bütün namizədlər açıqlanıb. Sportnet.az-ın FİFA-nın rəsmi saytına istinadən məlumatına görə, siyahıya 10 oyunçunun adı daxil edilib.
Onlar 5 ölkəni təmsil etsələr də, 4-ü Almaniya millisinin üzvüdür:
Anxel di Mariya (Argentina)
Mats Hummels (Almaniya)
Toni Kros (Almaniya)
Filipp Lam (Almaniya)
Lionel Messi (Argentina)
Neymar (Braziliya)
Xames Rodriges (Kolumbiya)
Aryen Robben (Hollandiya)
Tomas Müller (Almaniya)
Xavyer Maskerano (Argentina)
"Qızıl top"un sahibi jurnalistlər arasında səsvermə yolu ilə müəyyənləşəcək. İyulun 13-də keçiriləcək final matçında Almaniya ilə Argentina üz-üzə gələcək.
Qeyd edək ki, 1982-ci il dünya çempionatından verilməyə başlayan "Qızıl top" mükafatı indiyədək ardıcıl olaraq, Paolo Rossi (İtaliya), Dieqo Maradona (Argentina), Salvatore Skillaçi (İtaliya), Romario (Braziliya), Ronaldo (Braziliya), Oliver Kan (Almaniya), Zinəddin Zidan (Fransa), Dieqo Forlan (Uruqvay) alıb.