İdman Araşdırmalar Mərkəzinin
təşkilatçılığı, Sportnet.az-ın informasiya dəstəyi və Kolizey
İnşaatın sponsorluğu ilə FUTPROQNOZ yarışması davam edir. Sportnet.az-ın
məlumatına görə, bu gecə yarışmanın 3-cü yerinin qalibi müəyyənləşəcək.
Əgər qarşılaşan rəqiblər
verəcəkləri proqnozda eyni xalı toplasalar, qalib "qızıl xal” prinsipi ilə müəyyən ediləcək. "Qızıl xal” -
iştirakçıların qrup mərhələsində, 1/8, 1/4və
yarımfinalda topladığı xallardır. Hansı
iştirakçı rəqibinə nisbətən, daha çox xal toplayıbsa, o da üstünlük əldə
edəcək.
Qeyd edək ki, 3-cü yer uğrunda görüşdə iştirakçı düzgün müəyyən edilmiş (bura yalnız əsas vaxt daxildir) nəticəyə görə 100, düzgün müəyyən edilmiş qalibə 40, düzgün müəyyən edilmiş top fərqinə görə (qalibi düzgün müəyyən etmək şərti ilə) 70 xal əldə edəcək.
13 iyul
01:00. 3-cü yer
uğrunda oyun. Braziliya - Hollandiya
Rüstəm Rəhimov (AFFA funksioneri) (13) - 1:2
Tahir Hümmətov (jurnalist) (34) – 1:3